«Microsoft» müxtəlif növ hesablama texnikası — fərdi kompüterlər, oyun konsolları, planşetlər, mobil telefonlar və digər qurğular üçün məxfi (proprietar) proqram təminatının istehsalı ilə məşğul olan ən iri transmilli şirkətlərdən biridir. Şirkət hazırda dünyada ən geniş yayılmış proqram platforması olan Windows əməliyyat sistemləri ailəsinin istehsalçısıdır.

Şirkətin bölmələri həmçinin Xbox oyun konsolları ailəsini, eləcə də fərdi kompüterlər üçün aksesuarları (klaviaturalar, siçanlar və s.) istehsal edir. 2012-ci ildən etibarən şirkət öz planşet kompüteri olan Surface məhsulunu da istehsal edir. Microsoft məhsulları dünyanın 80-dən çox ölkəsində satılır və proqram təminatı 45-dən çox dilə tərcümə edilmişdir.

Microsoft tərəfdaş kodu: 5067116