Əsas məqsədimiz — hər kəsə daha savadlı olmaq imkanı yaratmaqdır! “E-learning”in (elektron tədris kurslarının) üstünlüyü ondan ibarətdir ki, dünyanın istənilən nöqtəsindən, məsafədən asılı olmayaraq, təhsilə çıxış imkanı verir. Bu isə həm şəxsi inkişaf, həm də şirkətlərin, məktəblərin və universitetlərin əməkdaşlarının təhsili üçün zaman və maliyyə itkisinə ehtiyac qalmadan həyata keçirilir.

Şirkətimiz müştərilərinə aşağıdakı xidmətləri təklif edir:

Elektron kurslar:

  • İdarəetmə paneli və LMS (Learning Management System – Təlimin İdarəetmə Sistemi) ilə məsafədən tədris sistemlərinin hazırlanması və tətbiqi.

  • Şəxsi heyət və ya tədris qrupları üçün test sistemlərinin hazırlanması və LMS-də nəticələrin yadda saxlanılması ilə testlərin keçirilməsi.

  • Şirkət və müəssisələrdə istifadə olunan istənilən proqram və avadanlıqla işin öyrədilməsi üçün xüsusi təlim simulyatorlarının hazırlanması.

  • Korporativ üslub və ehtiyaclar nəzərə alınmaqla, əməkdaşların və ya tədris qruplarının məsafədən fəaliyyətinə nəzarət sistemlərinin (LMS) hazırlanması.

Web development:

  • İnteraktiv Flash saytlar və portalların hazırlanması.

  • Mürəkkəb veb-portallar, onlayn mağazalar və veb-hərracların yaradılması.

  • Saytların internetdə tanıdılması, SEO optimizasiya və veb-resursların təbliği.

  • İstənilən brauzerlər üçün toolbarlar və plaginlərin hazırlanması (məsələn, korporativ saytlar üçün toolbarlar).

  • Axtarış sistemlərinin hazırlanması və axtarış nəticələrinə xüsusi məzmunların inteqrasiyası.

  • Peşəkar statistika aparılması üçün sistemlərin yaradılması.

Multimedia:

  • Korporativ və peşəkar təqdimatların hazırlanması (video effektlər, peşəkar səsləndirmə, üçölçülü modelləşdirmə).

  • Multimedia animasiyaları, cizgi filmləri və hər mürəkkəblikdə tədris videolarının hazırlanması.

  • Əyləncə, xidmət və informasiya məqsədli istənilən terminal üçün proqram təminatının hazırlanması.

  • Sosial şəbəkələrdə (“Facebook” və s.) yayımlanmaq və tanıdılmaq üçün tamhüquqlu oyun proqramlarının yaradılması və ayrıca oyun portalının qurulması.