«İmpuls Audit» şirkəti biznesin həcmi və mülkiyyət formasından asılı olmayaraq müştərilərinə audit, mühasibat uçotu, qiymətləndirmə, vergi və qeydiyyat sahələrində geniş xidmət spektri təqdim edir.
İmpuls Audit şirkətinin fəaliyyəti 2007-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə xidmətlərin göstərilməsi ilə başlamışdır. Qeydiyyat xidmətlərinin icrası mərhələsində aydın oldu ki, müştərilərin problemlərinə kompleks yanaşma olmadan şirkətin gələcək inkişafı mümkün deyil.
Bu məqsədlə 2008-ci ildə şirkətin strukturunda mühasibat uçotu departamenti yaradılmışdır.
Müştərilərlə münasibətlərin düzgün qurulması, onların problemlərinə ciddi, vaxtında və məsuliyyətli yanaşma yeni müştərilərin cəlb olunmasına və şirkət tərəfindən təqdim edilən xidmətlərin çeşidinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsi olaraq 2009-cu ildən etibarən audit xidmətlərinin, vergi konsaltinqinin və insan resursları ilə bağlı xidmətlərin göstərilməsinə başlanılmışdır.
Ölkədə iqtisadi artımın güclənməsi, xarici tərəfdaşlarla əlaqələrin genişlənməsi və iri maliyyə bazarlarına çıxış ehtiyacı beynəlxalq mühasibat uçotu standartlarına uyğun hesabatların hazırlanmasına tələbatı artırmışdır. İmpuls Audit şirkəti müştərilərin bu tələblərini qarşılamaq üçün kifayət qədər peşəkar mütəxəssisləri cəlb etməyə nail olmuşdur.
Daşınmaz əmlak bazarının inkişaf tempi İmpuls Audit şirkətinin fəaliyyətində yeni istiqamətin formalaşmasına səbəb olmuşdur ki, bu da beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətlərinin müştərilərə təqdim edilməsindən ibarətdir.