Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) — 1991-ci ildə 60 ölkə və iki beynəlxalq təşkilat tərəfindən Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər olan ölkələrdə bazar iqtisadiyyatı və demokratiyanın dəstəklənməsi məqsədilə yaradılmış investisiya mexanizmidir.
1992-ci il 25 sentyabr tarixindən etibarən AYİB Azərbaycanda yerli kiçik və orta sahibkarlıq subyektlərinə qida və içkilər, topdansatış və pərakəndə ticarət, tikinti və maşınqayırma kimi bir çox sahələrdə dəstək göstərir. Bank öz dəstəyini yalnız Bakı şəhərində deyil, paytaxtdan kənarda fəaliyyət göstərən şirkətlərə də təqdim edir. Bankın layihələrinin 25%-i artıq Bakıdan kənarda həyata keçirilmişdir.
Bizim Best Soft şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İnformasiya texnologiyaları və kommunikasiya sahəsi üzrə rəsmi tərəfdaşı (konsultantı)dır.
Əməkdaşlıq şərtlərinə əsasən, biz konsultant kimi layihə üzrə ödənişin bir hissəsini AYİB-dən, digər hissəsini isə Sifarişçidən alırıq. AYİB Sifarişçi ilə bağlanan müqavilənin məbləğinin 50%-dək, lakin 10 000 avrodan çox olmamaqla maliyyələşdirilməsini təmin edə bilər. Bu vəsait geri qaytarılmır — kredit və ya borc deyil, özəl biznesin inkişafına göstərilən dəstəkdir. Beləliklə, Sifarişçi layihə üzrə xərclərini əhəmiyyətli dərəcədə azaldır.
Konsultasiya xidmətlərindən yararlanmaq üçün kiçik və orta müəssisələr aşağıdakı meyarlara cavab verməlidirlər:
-
İşçilərin sayı 250 nəfəri keçməməlidir;
-
İllik dövriyyə 50 milyon avrodan az, balans göstəricisi isə 43 milyon avrodan az olmalıdır;
-
Müəssisə özəl olmalı və yerli hüquqi şəxslərə məxsus olmalıdır;
-
Müəssisə yerli bazarda ən azı iki il fəaliyyət göstərməlidir;
-
Müəssisənin fəaliyyət sahəsi AYİB-in dəstəklədiyi sahələrə uyğun olmalıdır (bankçılıq, maliyyə xidmətləri və sığorta istisna olmaqla). Bundan əlavə, AYİB aşağıdakı sahələri maliyyələşdirmir: tütün məmulatlarının istehsalı, qumar oyunları, vəhşi heyvan mənşəli məhsulların ticarəti, həmçinin pestisid və herbisidlərin satışı.
Bankın rəsmi saytı: www.ebrd.com