1C Buludda

1C sisteminin buluda köçürülməsi

Hər gün bulud xidmətləri daha çox populyarlıq qazanır. Bu gün bulud xidmətlərindən istifadə etməyən şirkət tapmaq çətindir. 1C bazalarınızın buluda köçürülməsi rəqiblərinizlə mübarizədə sizə əlavə üstünlüklər verəcək və biznesinizin inkişafına imkan yaradacaq.

Buluda keçidin üstünlükləri və çatışmazlıqları:
Üstünlükləri çoxdur:
Performans – Bulud serverlərinin resursları demək olar ki, limitsizdir. Bu sayədə 1C serveri üçün sistemdə heç bir donma olmaması üçün lazım olan parametrlər təyin edilə bilər.
Mobilik – Dünyanın hər yerindən bazalarınıza dərhal giriş imkanı verir. Yalnız internetə çıxışınızın olması kifayətdir.
Miçyaslanma – Server konfiqurasiyasını istənilən vaxt ehtiyaclara uyğun dəyişmək olar. Bu, bir neçə dəqiqə ərzində həyata keçirilir. Performansı həm artırmaq, həm də azaltmaq mümkündür. Bu zaman server icarəsinin qiyməti də müvafiq olaraq dəyişir.
Məlumatlarınızın təhlükəsizliyi – Məlumatlarınızın təhlükəsizliyi və qorunması ilə bağlı heç bir risk yoxdur. Bulud serverləri güclü və etibarlı avadanlıqlarda fəaliyyət göstərir. Serverlər dünyada, əsasən Avropa və Amerikada yerləşən data mərkəzlərindədir və sabit enerji və internet təminatı ilə təmin olunub. Məlumatların müntəzəm ehtiyat nüsxələri qurmaq və qısa zamanda bərpa etmək mümkündür.
Köçürülmə rahatlığı – Bulud serverinə heç bir bağlılıq yoxdur. Həmişə bulud istifadəsindən imtina edib bazaları lokal kompüterlərə köçürmək olar.
Minimal ilkin xərclər – Serverdən istifadə üçün kiçik abunə haqqı ödəyirsiniz. Biz sizə yüksək səviyyədə xidmət göstərir, istifadəçiləri qoşur, yeniləmələri quraşdırırıq və s.

Çatışmazlıqlar:
Sabit internet bağlantısının olması – Lakin hazırda internet demək olar ki, hər yerdə və hər kəsdə olduğundan bu problem yaratmamalıdır.

Microsoft şirkəti bulud texnologiyaları sahəsində dünya liderlərindən biridir. Microsoft Azure məhsulları ən yüksək performans və təhlükəsizliyi təmin edir – buna görə biz Azure seçirik!

Microsoft Azure — Microsoft korporasiyasının bulud platformasıdır: genişlənən inteqrasiya olunmuş xidmətlər dəsti – hesablama, saxlama, məlumat, şəbəkə və tətbiqlər, hansı ki, daha sürətli hərəkət etməyə, əlavə funksiyalar yerinə yetirməyə və xərclərə qənaət etməyə imkan verir.

Microsoft Azure-nun üstünlükləri aşağıdakı xüsusiyyətlərlə ümumiləşdirilə bilər:

  • Azure IaaS, PaaS və SaaS həllərini bir arada təqdim edir.

  • Öz data mərkəzləri ilə ictimai bulud arasında seçim etmək zərurəti yoxdur – Azure hibrid həlləri özəl İT infrastrukturanızın imkanlarını genişləndirir.

  • Azure Windows Server, Ubuntu və Oracle Linux daxil olmaqla geniş əməliyyat sistemi seçimlərini dəstəkləyir, bütün məşhur proqramlaşdırma dilləri və platforma vasitələri üçün uyğun gəlir.

  • Azure qiymət və performansın optimal nisbətini təmin edir. Sadəcə sürgünü hərəkət etdirərək performansı artırır və istifadə olunmayan resurslara görə artıq pul ödəmədən performansı azalda və ya tam söndürə bilərsiniz.

  • Texniki tələblər və tövsiyələr yerinə yetirilərkən Azure buludu yüksək əlçatanlıq səviyyəsi təmin edir – 99.9% və ya 99.95%.

Əgər siz yeni 1C sisteminin buluda yerləşdirilməsini və ya mövcud sistemin buluda köçürülməsini düşünürsünüzsə, amma haradan başlayacağınızı bilmirsinizsə, (office@bestsoft.az) ünvanına yazın və ya bizə zəng edin: (+994 12) 599 08 48.

1C sisteminin Azure buluduna köçürülməsi xidməti və aylıq icarə variantları barədə məlumatları saytımızdan xidmətlərin qiymət siyahısını yükləməklə tanış ola bilərsiniz.