Mobil ticarət sistemi "Mobi-C" — satış təmsilçilərinin pərakəndə satış məntəqələrində sifarişlərin toplanması (pre-selling), təkərlə satış (van-selling) və merçendayzinq (merchandising) fəaliyyətlərini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş proqram təminatıdır.
"Mobi-C" satışların effektivliyini əhəmiyyətli dərəcədə artırmaq, satış nümayəndələrinin strukturunu saxlamaqla bağlı xərcləri azaltmaq, onların fəaliyyətinə nəzarəti gücləndirmək, sifarişlərin yerinə yetirilmə dəqiqliyini və sürətini yaxşılaşdırmaq imkanı yaradır.